Yuxarı

NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi

NATO-nun Norveçdə qış təlimi zamanı gözlənilməz böhran baş verib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, təlimlər zamanı ehtiyatda olan Finlandiya əsgərlərinə qarşı mübarizə aparan ABŞ hərbçiləri geri çəkilməyə məcbur olublar:

“Norveçdə keçirilən “Birgə Vikinq” təlimində Finlandiyanın ehtiyatda olan əsgərləri Amerika qoşunları üzərində açıq-aşkar üstünlük nümayiş etdiriblər. Təlimdə Finlandiya qüvvələri hücum edən tərəf, ABŞ əsgərləri isə müdafiə rolunu oynayıb”.

Qəzetə müsahibə verən hərbi mənbə qeyd edib ki, Finlandiya əsgərlərindən ABŞ qoşunlarına hücumlarında templərini azaltmaq istənilib:

“ABŞ qoşunlarının verdiyi “itkilər” onlar üçün alçaldıcı və ruhdan salıcı bir həddə çatıb. Bəlli olub ki, ABŞ-ın hərbi təcrübə və Arktika şəraitinə hazırlıq baxımından ciddi çatışmazlığı var. Avropadakı NATO ölkələri, xüsusən də Finlandiya, Norveç və Böyük Britaniyanın soyuq və sərt şimal şəraitində daha təcrübəlidir”.

Qeyd edək ki, Norveç Silahlı Qüvvələrinin rəhbərlik etdiyi “Birgə Vikinq” təlimində təxminən 10.000 əsgər iştirak edib.

Tarix
2026.01.25 / 16:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla