Yuxarı

Hansı palma yağı zərərlidir? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hansı palma yağı zərərlidir? - Ekspert

Palma yağının ziyanlı olması ilə bağlı yayılan fikirlər vətəndaşları illərdir narahat edir. Çünki marketlərdə satılan çox sayda şokolad və qidaların tərkibinə bu yağdan qatılır. Avropalı həkimlər bu yağdan istifadənin piylənmə və xroniki xəstəliklərin inkişafına gətirib çıxardığını deyirlər. Lakin istehlakçıları palma yağının zərərsizliyinə və ya hətta xeyirli olduğuna inandırmaq üçün səy göstərən istehsalçılar da var. Bəs görəsən ölkəmizdə bu yağların satışı və keyfiyyəti necədir?

Bu barədə Axar.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, palma yağları ilə bağlı uzun illərdir, Azərbaycanda söz-söhbət dolaşır:

“4 il bundan öncə Brazilyada istehlakçı hüquqlarını qoruyan dünya təşkilatlarının konqresində bu məsələni gündəliyə gətirdim. Məlum oldu ki, palma yağı Avropa ölkələrində də açıq satılır. Palma yağı iki yolla hazırlanır: palma ağacının toxumlarından və palmanın yarpağından və gövdəsindən. Gövdəsindən və yarpağından hazırlanan yağlar sənaye üçündür. Toxumundan hazırlanan yağlar isə normal qida yağlarıdır”.

Ekspert qeyd edib ki, palma yağının zərərli olması barədə məlumatlar əsasən MDB məkanında yayılıb:

“Bu yağlar müsəlman ölkələrində, xüsusən İndoneziya və Malayziyada hazırlanır. Bu da ucuz qiyməti ilə MDB yağ bazarına ciddi təsir edir. Bu səbəbdən MDB məkanına palma yağının daxil olmaması üçün böyük təzyiq və ciddi ictimai rəy var. Çünki MDB-də istehsal olunan yağlarla ciddi rəqabət mühiti yaradır. Onlar məcbur olub qiyməti aşağı salırlar. Palma yağı ilə bağlı yayılan söz-söhbətlərin qaynağında reallıqdan daha çox iqtisadi-siyasi məsələlər dayanır. Qeyd edim ki, palma yağının qida üçün nəzərdə tutulmuş növü (toxumundan hazırlanan) normal yağlardır. Palmanın yarpağından və gövdəsindən hazırlanan yağlardan isə mətbəxdə istifadə edilməsə yaxşıdır”.

Tarix
2021.11.01 / 14:53
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla