Yuxarı

İki jurnalist vətənə xəyanətdə suçlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki jurnalist vətənə xəyanətdə suçlandı

Almaniyada 2 jurnalistə vətənə xəyanət ittihamı ilə cinayət işi qaldırılıb.

Axar.az xəbər verir ki, "Netzpolitik.org" xəbər saytının müxbirləri daxili kəşfiyyat təşkilatının gizli sənədlərini yaymaqda təqsirləndirilir.

Saytının qurucusu Markus Beckedahlın sözlərinə görə, Almaniya hökuməti NSA qalmaqalına nə qədər bulaşdığını gizlətmək üçün belə bir addım atıb. O, bundan sonra da bu mövzuda nəşrlərin davam etdiriləcəyini açıqlayıb.

Nüfuzlu sayt ötən il "Grimme online" mükafatına layiq görülüb. Onlayn dərgi daha çox vətəndaşların rəqəmsal hüquqları sahəsindəki nəşrləri ilə tanınır.

Alman Jurnalistlər Birliyinin (DJV) sədri Maykl Konken də istintaqı tənqid edib. O, "İki həmkarımı susdurmaq istəyirlər", - deyərək istintaqın dərhal dayandırılmasını tələb edib.

Müşahidəçilərin fikrincə, sözügedən istintaq 1962-ci ildə baş verən "Der Spiegel qalmaqalı"nı xatırladır. Həmin vaxt oktyabrın 26-da qəzetin redaksiyasına polis basqını təşkil olunmuşdu. Səbəb isə jurnalda dərc olunan xəbərdə dövlətə aid gizli məlumatların ifşa edilməsi idi.

Basqın nəticəsində "vətənə xəyanət" maddəsi ilə jurnalın baş redaktoru Rudolf Auqşteyn və jurnalist Konrad Ahlers həbs olunmuşdu.

Lakin jurnalın işçiləri haqda səsləndirilən iddialar məhkəmədə sübut olunmadı. Federal Məhkəmə 1965-ci ildə gizli sənədin yayılması madddəsini geri götürdü.

Məhkəmə həmin dövrdə Müdafiə naziri olmuş Frans İosif Ştraussun vəzifəsindən sui-istifadə etdiyini açıqlamışdı.

Tarix
2015.07.31 / 18:11
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla