Yuxarı

Siqaret və spirtli içkilər üçün rüsumlar artırıla bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Siqaret və spirtli içkilər üçün rüsumlar artırıla bilər

Azərbaycanda tütün məmulatları (siqaret) və spirtli içkilər üçün aksiz markalarının dövlət rüsumları digər ölkələrlə müqayisədə təxminən 2 dəfə azdır.

Axar.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.

“Onlar ərzaq məhsulları sayılmır və hesab edirəm ki, bu sahədə rüsumların artırılması üçün hələ ki, potensial var”, - deyə o, qeyd edib.

Xatırladaq ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə görə, tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilir. Tütün əvəzləyicilərinin hər kiloqramına 30,0 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq olunur. Siqaret məhsullarına görə aksiz vergi dərəcəsi isə hər 1 000 ədədə görə 35 manatdan 38,5 manata qaldırılır.

Tarix
2021.11.10 / 15:56
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

Şeyx Zayed Fondundan Əliyevlə bağlı paylaşım - Video

Kobaxidzedən Bakı və İrəvanla bağlı açıqlama

Bayramov Cəlalzadəni qəbul etdi: İrandakı aksiyalar...

Bakı 11 nəfəri İrəvana təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla