Yuxarı

İrandan ölkəyə narkotik gətirən şəxs postda tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan ölkəyə narkotik gətirən şəxs postda tutuldu

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İrandan ökəmizə gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "Foton" markalı yük avtomobili gömrük nəzarətindən keçən zaman saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Komitədən Axar.az-a verilən məlumata görə, sorğu-sual zamanı sürücü üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirib.

Yoxlama zamanı avtomobilin mühərrikində yerləşən radiator ilə onun arxa hissəsindəki plastik qoruyucunun arasındakı boşluqda falqaya bükülmüş bir ədəd bağlamada gömrük nəzarətindən gizlədilən 30 həb "Tamol 225 mg", 4 həb "Tramadol 200" adlı dərman preparatları və ümumi çəkisi 9 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Xatırladaq ki, 34 ədəd həbdə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 7,55 qram təşkil edir və "Tramadol" müvafiq qanunla təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2021.11.24 / 15:43
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla