Yuxarı

Vilayət Eyvazov Rüstəm Mirəlizadə ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vilayət Eyvazov Rüstəm Mirəlizadə ilə görüşdü

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 30-da ölkəmizdə səfərdə olan Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin (MARİƏM) direktoru, milis general-mayoru Rüstəm Mirəlizadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qonaqları salamlayan nazir Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülən işlərdən danışıb, bu ümummilli bəlaya qarşı birgə mübarizənin zəruriliyini vurğulayıb.

Görüşdə Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi ilə qarşılıqlı əməkdaşlığın mexanizmləri, məlumat mübadiləsi qaydaları, razılaşdırılmış əməliyyat və əməliyyat-axtarış tədbirlərinin təşkili, həyata keçirilməsi və digər məsələlər müzakirə olunub.

Səmimi qəbula və aparılan səmərəli müzakirəyə görə minnətdarlığını bildirən Rüstəm Mirəlizadə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin ən fəal üzvlərindən olduğunu qeyd edərək son illər Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan kəsərli və barışmaz mübarizəni yüksək qiymətləndirib.

Tarix
2021.11.30 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla