Yuxarı

Moto Festival başlayır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moto Festival başlayır - Foto

Avqustun sonu Azərbaycanda IV Moto Festivala start veriləcək.

Axar.az xəbə4r verir ki, 28-30 avqust tarixlərində Şəkidə IV Beynəlxalq Qafqaz Motofestivalı baş tutacaq. Festival "Harley Davidson" "Baku HOG Azerbaijan", Şəki İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Şəkidə çıxış edəcək dünya şöhrətli "Lady Qaqa", "Elvis Presli", "Beatles", "Kiss" qruplarının "tribute"ları isə festivala xüsusi rəng qatacaq. Unudulmaz gecə yerli müğənnilərin ifası, xarici DJ-lərin çoşduran musiqiləri ilə davam edəcək.

Qafqaz Moto festivalı çərçivəsində sərgi-yarmarka da təşkil olunacaq. Sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olunacaq. Festival iştirakçılarına xüsusi turlar vasitəsilə gün ərzində şəhərin tarixi abidələrilə tanışlıq imkanı yaradılacaq.

Moto Festivala motobrendlər, motoklublar, moto mədəniyyət aləmi ilə maraqlananlar, hər kəs qatıla bilər. Festival Şəki Olimpiya Kompleksində təşkil olunacaq. Festivalda iştirak pulsuzdur.

Tarix
2015.08.07 / 18:16
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla