Yuxarı

İnsan qalıqlarının kimə məxsus olduğu müəyyənləşdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsan qalıqlarının kimə məxsus olduğu müəyyənləşdi

10:23

2015-ci il dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçi Bəhmən Cəfərova aid olduğu qalıqların tapıldığı ehtimal olunur.

Axar.az xəbər verir ki, bunu Report-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, SOCAR bu məsələ ilə bağlı Su Nəqliyyatında Polis İdarəsi ilə daim əlaqədədir: “Bizə verilən son məlumata görə, bu qalıqların 2015-ci ildə itkin düşmüş Bəhmən Cəfərova aid olduğu ehtimal olunur və buna görə onun oğlu da ekspertizaya cəlb olunub”.

İ.Əhmədov bildirib ki, lakin ekspertizanın nəticəsi hələ müəyyən olunmayıb.

Qeyd edək ki, 2015-ci ildə Xəzər dənizində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar.

***

2015-ci il dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş verən qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyitinin tibbi ekspertizasından sonra şəxsiyyəti müəyyənləşib.

Meyit ölən neftçilərdən birinə - Bəhmən Cəfərova məxsusdur.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.

Tarix
2021.12.09 / 10:48
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla