Yuxarı

FHN 3 nəfəri ölümdən xilas etdi, 1 nəfərin isə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN 3 nəfəri ölümdən xilas etdi, 1 nəfərin isə...

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilib, İmişli rayonunda isə 1 nəfər süni göldə boğulub.

Axar.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İmişli rayon Mürsəlli kəndində süni göldə (sularda xilasetmə məntəqəsindən, təxminən, 148 km aralı, nəzarət olunmayan ərazidə) batmış 1972-ci il təvəllüdlü Cəfərov Əsəd Allahverdi oğlunun axtarışları başa çatıb. Ə.Cəfərovun cəsədi nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 5 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 16:58-də başa çatıb.

***

Bakı şəhəri, Qaradağ rayonunda dənizdə ("Qaradağ-1" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub. Əməliyyat saat 15:42-də başa çatıb.

***

Bakı şəhəri, Sabunçu rayonunda dənizdə ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunublar. Əməliyyat saat 16:45-də başa çatıb.

Tarix
2015.08.13 / 20:14
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin cavabı və “müstəqil Emin”in sahibləri...

Simonyanın “Bakıdakı sonuncu erməni məhbus” iddiası...

Ruben Vardanyana hökm oxundu - Yenilənib

İsrail hücum edəcək, ABŞ isə “qoruyacaq” - Ekspert

Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi

Peter Pelleqrini Qarabağa səfər edəcək

İlham Əliyev Çin sədrini təbrik etdi

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla