Yuxarı

Kasıbları təhqir edən Bağırov Qaralovun pulyığanı imiş - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kasıbları təhqir edən Bağırov Qaralovun pulyığanı imiş - Video

2022.01.12. 13:05

Ötən gün sosial şəbəkələrdə yüksək sürətlə hərəkət edən və aztəminatlı insanları təhqir edən “Gelandevagen” markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Samid Bağırovun uzun müddət “Akkord” Şirkətlər Qrupunun xəzinədarı olub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Bakupost.az yayıb. Sayt iddia edib ki, o, sabiq baş prokuror Zakir Qaralovun yaxını, daha dəqiq desək, “pulyığanı” kimi tanınıb.

Samid Bağırovun hazırda da həmin adamlarla isti münasibətinin davam etdiyi bildirilir.

“Akkord” Şirkətlər Qrupu da S.Bağırovun bu şirkətin Maliyyə şöbəsində mütəxəssis kimi çalışdığını təsdiqləyib.

“Lakin 2020-ci ilin dekabrında vəzifəsindən azad olunub. Hazırda həmin şəxs bizim şirkətdə işləmir. Zakir Qaralovun yaxını olması məsələsinə gəldikdə isə, onunla heç bir əlaqəsi yoxdur. Bu məlumat yanlışdır”, - şirkətdən bildirilib.

Qeyd edək ki, kasıb insanları harınlıqla təhqir edən S.Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb və onunla profilaktik səhbət aparılıb. Polis idarəsində S.Bağırov əməlindən peşman olduğunu bildirərək, üzr istəyib.

Tarix
2022.01.13 / 00:22
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla