Yuxarı

İlk sərnişin avtobusu Şuşaya çatdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlk sərnişin avtobusu Şuşaya çatdı - Video

Bakıdan çıxan ilk sərnişin avtobusu Şuşaya çatıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Şuşa-Bakı marşrutları start götürüb.

İlk sərnişin marşrutu Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkətə başlayıb. İlk olaraq Şuşaya 2 marşrut avtobusu yola düşüb.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə bu gündən sərnişin avtobuslarının müntəzəm reysləri başlayıb.

Reyslər Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa və Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları ilə yerinə yetirilir.

Artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub.

Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.

Bakı-Şuşa-Bakı biletinin bir istiqamətə olan qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı biletinin bir istiqamətdə qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) biletinin bir istiqamətdə qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə (express) biletinin bir istiqamətdə qiyməti 5 manat, Füzuli BHL-Şuşa (express) biletinin bir istiqamətə qiyməti isə 6 manat təşkil edir.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə bilər. Bu məqsədlə yolumuzqarabaga.az portalı yaradılıb.

Tarix
2022.01.24 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, bütün dünya üçün təhlükədir - Deputat

İlham Əliyev Pezeşkiana zəng edib, təbrik etdi

İran danışığa məcbur edilib, deməli... – Zülfüqarov

ABŞ, İsrail və İran məğlubdur: Qaliblər sırasında isə Bakı da var

İrana elə bir zərbə vuruldu ki... - Ayağa qalxa biləcək?

İlham Əliyev qazaxıstanlı nazirləri qəbul etdi - Foto

İranın şərtləri budur - ABŞ qəbul edə bilməz!

Bu, İran üçün qələbə deməkdir

Rəsmi Bakıdan ABŞ və İran arasındakı atəşkəsə reaksiya

Litva baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla