Yuxarı

Zahid Orucun özəl günü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zahid Orucun özəl günü

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Orucun 50 yaşı tamam olur.

Axar.az xəbər verir ki, Zahid Məhərrəm oğlu Orucov 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əlismayıllı kəndində anadan olub. 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub. Universiteti bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub.

Zahid Oruc 1990-cı ildən başlayaraq, Azərbaycanda xalq hərəkatı və milli azadlıq mübarizəsinə qoşulub, aktiv tələbə təşkilatlarının rəhbərlərindən biri kimi tanınıb.

1992-ci ildə Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini, 1999–2000-ci illərdə “Ana Vətən” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

2000-ci ildə ilk dəfə Milli Məclisə üzv seçilib.

2019-cu il 11 fevralda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib. Hazırda İnsan hüquqları komitəsinin sədri, Azərbaycan-Almaniya, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Danimarka, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Tarix
2022.02.01 / 15:08
Müəllif
Türkan Camal
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla