Yuxarı

DGK sədri AmCham prezidenti ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DGK sədri AmCham prezidenti ilə görüşdü

Fevralın 8-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) prezidenti Nuran Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən Axar.az-a bildirilib ki, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanda Amerika Ticarət Palatası və gömrük orqanları arasında əməkdaşlıqdan, səmərəli və işgüzar münasibətlərdən məmnunluqla bəhs edib. Vurğulanıb ki, Dövlət Gömrük Komitəsi ilə Palata üzvləri arasında mütəmadi şəkildə keçirilən görüşlər gömrük-bisnes əlaqələrinin, eyni zamanda, gömrük işinin təşkilinin inkişafına mühüm töhfə verir.

Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti Nuran Kərimov gömrük sistemində həyata keçirilən islahatları yüksək qiymətləndirib və tətbiq edilən yeniliklərin xarici ticarət iştirakçılarına mühüm fayda verdiyini vurğulayıb. Nuran Kərimov Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığa çox böyük önəm verdiklərini deyib, əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti Nuran Kərimova gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)" Azərbaycan Respublikasının yubiley medalını təqdim edib.

Tarix
2022.02.08 / 19:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla