Yuxarı

Ukraynada erməni təxribatının qarşısı alındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Xarkov şəhərində erməni icmasının təxribatının qarşısı alınıb.

Axar.az xəbər verir ki, Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun təşkilatçılığı ilə Xocalı soyqırımının 30 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə “Sonsuz dəhliz” filmi nümayiş olunub. Bundan öncə Xarkovun erməni icması şəhərin dövlət strukturlarına müraciət edərək filmin nümayiş etdirilməsinə qadağa qoyulmasını istəyib.

Bütün maneə və təxribatlara baxmayaraq Xarkovda Yaroslav Mudriy adına Milli Hüquq Universitetinin tələbələr zalında filmin təqdimatı keçirilib. Tədbirdə Azərbaycan diasporunun üzvləri, soydaşlarımız və Xarkov şəhər sakinləri iştirak ediblər.

Tədbirin təhlükəsizliyini Ukrayna Milli Polisi və Təhlükəsizlik Xidməti qoruyub.

Filmin təqdimatından öncə çıxış edən Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov Xarkovda fəaliyyət göstərən diasporun bütün ictimai təşkilat sədrlərinə fəal ictimai mövqeyinə görə təşəkkür edib. O qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqın, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub.

“Azərbaycan dövlətçilik tarixinə Zəfər salnaməsi yazmış Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etmək qüdrəti nümayiş etdirdi. Azərbaycanda xalq-dövlət, ordu-xalq birliyi sayəsində tarixi Qələbə qazanıldı. Azərbaycan xalqı müdrik rəhbərinin siyasi iradəsi ilə bu gün azad Qarabağda erməni faşistləri tərəfindən dağıdılmış mədəni-mənəvi irsini yenidən dirçəldir, tarixi abidələrə və ziyarətgahlara yeni həyat verir, məscidlərimiz, habelə kilsə və sinaqoqlar yenidən qurulur, bərpa edilir, yandırılmış torpaqlarımıza yeni nəfəs verilir, abad kəndlər və şəhərlər salınır”, - deyə Əfqan Salmanov əlavə edib.

Tarix
2022.02.22 / 22:13
Müəllif
Axar.az
Digər xəbərlər

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla