Yuxarı

Bakıda 150 nəfərə qara qutu göndərildi... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 150 nəfərə qara qutu göndərildi... - Video

Gəl, 2 aprel, 2022-dən – daha doğrusu, Dəyişən Reallıqdan danışaq.

Azərbaycanın dizayn sahəsinin həm tarixinə yazılan, həm də bugünün reallığını dəyişən 1-ci “Dizayn konqresi: dəyişən reallıq” tədbirində nə baş verdi?

Tam 2 gün əvvəl 150 nəfər seçilmiş şəxs Baku “Mariott Hotel Boulevard”da vahid məqsəd üçün bir araya gəldi.

Onlar kimlər idi?

Hər şey martın ortalarında – biznes və dizayn sferasının aparıcı 150 nümayəndəsinə, heç birinin xəbəri olmadan, xüsusi qara qutuların göndərilməsi ilə başladı. Qutuların daxilində hər bir dəvətliyə özəl yazılmış məktublar var idi. 150 nəfər sırasına ölkənin ən iri şirkətlərinin direktor və təsisçiləri, həmçinin lokal dizayn sferasının ən öndə gedən art direktorları və dizaynerləri daxil idi. Aparıcı biznes və kreativ sahənin nümayəndələrini bir araya gətirən təşəbbüsçü isə… Azərbaycanın dizayn təhsili üzrə tam ixtisaslaşmış əsas təhsil müəssisəsi - Bakı Dizayn Akademiyası idi.

Yeni reallığın əsasını kimlər qoydu?

Uzun zamandır planlaşdırılan ilk dizayn konqresini Bakı Dizayn Akademiyası dəyişən reallığın Platin Sponsoru “Birbank”, əsas tərəfdaşlar “Beylimedia”, “Crea Time”, “Mikpro” şirkətləri və ən əsası – dəyişən reallığın seçilmiş 150 iştirakçısı ilə birgə reallaşdırdı.

Məqsəd nə idi?

Akademiyanın uzun zamandır planladığı tədbir ölkəni bugünün dizayn sahəsinin sərt reallığı ilə üz-üzə gətirdi. Ən əsası: dizayn əmək bazarında və təhsil sistemində mövcud problemlərin artıq sınaqdan keçirdiyi həll yollarını təqdim etdi. Sponsorlar, tərəfdaşlar və 150 seçilmiş şəxs isə tədbirin reallaşmağında əsas rolu oynadı. İlk dəfə idi ki, dəvətli rolunda olan şəxslər bir tədbirin təşkilatında bu qədər yaxından iştirak edirdilər. Onların dizayn konqresinə göstərdiyi dəstək 150 şəxsin hər birinin həqiqətən doğru seçim olduğunu bir daha isbat etdi.

Reallıq hər zaman dəyişir. Bu, heç vaxt dəyişməyən yeganə şeydir.

Bu dəfə dizayn sferasının reallığı bizim də dəyişməmizi tələb etdi. 2 aprel, 2022-ci ildə 1-ci dizayn konqresi ilə ilk addım atıldı

…Növbəti addıma hazırsan?

Tarix
2022.04.06 / 11:57
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev hərbi paradla bağlı paylaşım etdi - Video

Ərdoğan Azərbaycana gəldi - Foto

Bakıda Zəfər muzeyinin açılışı oldu - Foto

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanında... - Foto

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər

Komandolarımız Bakını qardaşlığın səsi ilə titrədəcək...

Azərbaycan Cənubi Qafqazın əsas güc mərkəzinə çevrilib

Türkiyə XİN-dən Zəfər Günü ilə bağlı paylaşım - Foto

Ermənilərin rəsmi itkiləri və bizim qazancımız!

Nikoldan Qarabağ açıqlaması: Bu, mənim səhvimdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla