Yuxarı

ADU-da mərasim: 8 ölkənin səfiri qatıldı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) İspan dili Mərkəzinin yaradılmasının 10 illiyi ilə əlaqədar təntənəli tədbir keçirilib.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, mərasimdə səkkiz ispandilli ölkənin Azərbaycandakı səfiri iştirak edib.

ADU-nun rektoru, akademik Kamal Abdulla İspan dili Mərkəzinin yaradılmasının 10 illiyinin qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirib. Rektor qeyd edib ki, universitetdə ispandilli ölkələrin dili, tarixi, mədəniyyəti və müasir dünyadakı yeri tələbələr tərəfindən böyük maraqla öyrənilir:

“Bugünkü tədbirimizdə iştirak edən səfirlərə və bütün qonaqlara təşəkkür edirəm ki, əlamətdar və gözəl gündə bizimlə bir yerdədirlər. Bu mərkəz ispandilli ölkələrlə, universitetlərlə, gəncliklə əlaqəmizin son dərəcə önəmli bir məkanıdır. Ümid edirəm ki, İspan dili mərkəzimiz bundan sonra da ispandilli ölkələrin universitetləri ilə əlaqələrini gözəl şəkildə quracaq və Azərbaycan Dillər Universitetinin təkcə ispandilli tələbələri yox, başqa ixtisaslarda oxuyan tələbələri də bundan faydalanacaqlar. Hər kəsi bu gözəl gün münasibəti ilə ürəkdən təbrik edirəm”.

Təntənəli yubiley mərasimində tələbələrin ifasında ispandilli ölkələrin rəqsləri və mahnıları səslənib, müxtəlif məzmunlu səhnəciklər təqdim olunub.

Qeyd edək ki, İspan dili Mərkəzi 7 may 2012-ci ildə Azərbaycan Dillər Universiteti (ADU) və İspaniyanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə açılıb. Mərkəzin fəaliyyətinin əsas məqsədi ispan dili ixtisası üzrə təhsil alan tələbələrin ispan dili və mədəniyyətini öyrənməsi, onların elmi araşdırmalarına dəstək olmaq, tələbələri kitabxana, audio və video vəsaitlərlə təmin etmək, onların beynəlxalq aləmə çıxışına yardım etmək, İspaniya, ispandilli Latın Amerikası ölkələri və Azərbaycan arasındakı əlaqələrin inkişafında rol oynaya biləcək yüksək ixtisaslı kadrların yetişdirilməsinə yardımçı olmaqdır.

Tarix
2022.05.13 / 22:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla