Yuxarı

Nazirlikdən Qurban bayramı ilə bağlı müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən Qurban bayramı ilə bağlı müraciət

Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib.

Axar.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən insanların Qurban bayramında qidalanma zamanı bəzi vacib məqamlara diqqət etməli olduğunu bildirib.

O qeyd edib ki, bayram günlərində qızardılmış ət və ət məhsullarının çox istifadəsi qastrit, xora xəstəliyinin daha da kəskinləşməsinə şərait yarada bilər:

"Mədəaltı vəz və öd daşı xəstəliklərindən əziyyət çəkən şəxslərdə Qurban bayramında çox vaxt kəskin ağrılar müşahidə oluna bilər. Yağlı ət məhsulları və soyuq içkilərin birgə qəbulu zamanı ishal, kəskin qarın ağrıları, ürək bulanma və qusma hallarına tez-tez rast gəlinir. Bu da həzm sisteminə ciddi şəkildə mənfi təsir göstərir. Bundan əlavə, hazırlanan qidalar düzgün saxlanılmadıqda və boyat olduqda, xüsusi ilə yay aylarında, kəskin qastroduodenit, yəni, qusma və ishalla nəticələnmə ola bilər. Yay aylarında və bayram günlərində vətəndaşlara tərəvəzlərlə zəngin qidalanmağı və çətin həzm olunan ət yeməklərini azaltmağı tövsiyə edirəm".

Tarix
2022.07.05 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla