Yuxarı

"12-ci imam" məhkəmədə ifadə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü “12-ci imam” kimi təqdim edib 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ötən prosesdə ifadə verən zərərçəkmişin ifadəsinə münasibət bildirib.

O, “ŞaurmaN1”in şəriki olmuş Natiq Sadıqova qarşı 500 min manatlıq dələduzluq edilməsinin yalan olduğunu deyib: "Onun dedikləri hamısı uydurmadır. O, nə yoldaşlığa, nə də duz-çörəyə hörmət qoymadı. Savadlı adamdır, sübutu varsa buyursun".

A.Babayev zərərçəkmiş şəxslərin hamısının başında Natiq Sadıqovun durduğunu deyib. O, zərərçəkmiş kimi tanınmış Aslan və Anar adlı şəxslərin onun evinə hücum etdiyini də vurğulayıb: "Bağ evimdə üstümə hücum edərək hədə-qorxu gəldilər. O, ötən prosesdə deyib ki, mənə bahalı avtomobil alıb. Bu, nə gülünc ifadədir? Kim kimə ev, ya maşın alıb?”

Təqsirləndirilən şəxs şəhid ailələri üçün ev tikilməsi ilə bağlı deyilənləri isə tamamilə təkzib edib.

Prokurorun təhsili və iş fəaliyyəti ilə bağlı sualına cavab verən A.Babayev 1994-cü ildən daxili işlər orqanlarında işlədiyini, sonralar isə dayısı Oqtay Həsənoun maddi dəstəyi ilə tikinti biznesi ilə məşğul olduğunu bildirib. O, 2006-cı ildən sonra isə Natiq Sadıqovun təklifi ilə "Şaurma 1"də şərik olduğunu deyib.

Qeyd edək ki, A.Babayev zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat miqdarında ziyan vurub.

İttihama görə, A.Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib. O, təşkil etdiyi dini məclislərdə guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.

Hətta A.Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. O, topladığı vəsaitlər hesabına xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. A.Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Tarix
2022.09.06 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla