Yuxarı

FHN Xaçmaz şəhərində seminar-müşavirə keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN Xaçmaz şəhərində seminar-müşavirə keçirdi - Foto

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işinin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Şimal Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Xaçmaz şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Fövqəladə hallar sahəsində mövcud problemlər, çatışmazlıqlar və onların həlli istiqamətində birgə fəaliyyətin səmərəliliyinin artırılması” mövzusunda seminar-müşavirə keçirilib.

Axar.az xəbər verir ki, seminar-müşavirədə Fövqəladə Hallar Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların, eyni zamanda bələdiyyələrin məsul vəzifəli şəxsləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan FHN-in Şimal Regional Mərkəzinin rəisi polkovnik Şahin Mirzəyev fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər, problemlər və onların həlli yolları barədə geniş məlumat verib.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu rayon ərazisində fövqaladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən danışıb.

Seminar-müşavirədə çıxış edənlər təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirmə işinin vacibliyindən danışıb, fəlakətlərin qarşısının alınmasında birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb və müvafiq təkliflər veriblər.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavabladırılıb.

Tarix
2022.09.22 / 16:01
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma

“Son zəng” qadağaları: Uşaqlardan bu fərəhi niyə alırsınız?

Andrey Babiş Azərbaycana gəldi

Neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev ABŞ-dakı atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla