Yuxarı

Azərbaycana gətirilən bu məhsullar geri qaytarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində dünyanın müxtəlif dövlətlərindən ölkəmizə idxal olunan qida məhsullarının üzərindəki etiket məlumatları və adların idxalçı şirkətlər tərəfindən Azərbaycan dilinə tərcüməsinin təmin edilməsi ilə bağlı bir sıra uyğunsuzluqlar aşkarlanmış və bu halların baş verməməsi üçün ardıcıl tədbirlər həyata keçirilib.

AQTA-dan Axar.az-a verilən məlumata görə, cari il ərzində qida məhsullarının idxalı ilə məşğul olan subyektlərlə çoxsaylı görüşlər keçirilib, qanunvericiliyin tələbləri sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb, bu cür nöqsanlara təkrar yol verən idxalçı şirkətlərə xəbərdarlıqlar olunub və yol verdikləri pozuntularla əlaqədar barələrində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görülüb.

Bundan əlavə, Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə idxalçı subyektlərin şəxsi kabinetlərinə hər idxal üçün müraciət edərkən qida məhsullarının etiketlənməsi ilə bağlı tələblərə dair bildirişlər göndərilib. Eyni zamanda qanunvericiliyə əsasən, dövlət dilində markalanması olmayan malların satışının qarşısının alınması və daimi nəzarətdə saxlanılması üçün iri ticarət şəbəkələrinə rəsmi xəbərdarlıq məktubları ünvanlanıb.

Həyata keçirilən maarifləndirici tədbirlərə, xəbərdarlıqlara və inzibati məsuliyyətə cəlbetmə ilə bağlı görülən işlərə baxmayaraq, təəssüf ki, nəzarət tədbirləri zamanı hələ də qida məhsullarının üzərindəki etiket məlumatları və adların Azərbaycan dilinə tərcüməsi ilə bağlı bəzi sahibkarlıq subyektləri tərəfindən ciddi qayda pozuntularına yol verildiyi aşkar olunmaqdadır. Bu da öz növbəsində “Yeyinti məhsulları haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini pozmaqla yanaşı, istehlakçıların məhsul haqqında dolğun məlumat ala bilməməsinə səbəb olur. Həmin məhsulların saxlanılması və ya istifadəsi ilə bağlı qaydalara əməl olunmaması isə insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Odur ki, AQTA bir daha qida məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək, onları sözügedən qanunların tələblərinə ciddi şəkildə riayət etməyə çağırır və bildirilir ki, üzərindəki etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qida məhsullarının ölkə ərazisinə buraxılmaması və idxalçı ölkəyə geri qaytarılmasının tətbiqinə başlanılıb.

Tarix
2022.10.05 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

İlham Əliyev Ərdoğana zəng etdi

Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla