Yuxarı

İdmançının qətli: Dava buna görə olub - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük övladım qızdır. Rəhmətə gedən ikinci övladımdır. 8-9 ildir cüdo ilə məşğul olurdu. Dostları mənə deyib ki, yarışdan çıxdıqdan sonra yoldaşı ondan tualetə getmək üçün şəpiyini istəyib. Turan da verib, ayağıyalın qaldığı üçün ayaqlarını öndəki skamyanın üzərinə qoyub.

Axar.az xəbər verir ki, bu barədə mərhum Turan Rüstəmovun atası Zəka Rüstəmov Baku TV-yə açıqlamasında deyib.

O bildirib ki, ilk mübahisə bunun üstündə düşüb:

“Qətlə yetirən şəxs (Ruslan Səfixanov – red.) Turana ayağını aşağı salmasını deyərək, təhqir edib, daha sonra şillə vurub. Hamısı kamerada görünür. Vurur şillə ilə, uşaq durur buna cavab qaytarır, çıxardır bıçağı, başlayır bıçaqlamağa. Başına təxmini 3-4 bıçaq girmişdi. Özüm baxmışam, özüm yumuşam qardaşlarımla. Ürəyindən 2 bıçaq, qalanını da başından, alnından, qulağının dibindən, başının arxa tərəfindən vurub. Qətli törədən şəxs həm içkili, həm də narkotik maddənin təsiri altında olub”, - Z.Rüstəmov bildirib.

Doğmaları bildirib ki, Turanın valideyinlərinin ayrılmasına baxmayaraq, mərhum bütün qohumları ilə yaxşı münasibətdə olub:

“Mingəçevirdə qalırdı. Həftənin 3 günü bura - atasının yanına gəlib, onunla qalırdı. Deyirdi, burda mənim çəkimdə adam yoxdu ki, onunla məşq edim. Gedirəm, orda yuxarı çəkililərlə məşq edib, çempionatda yer tutum. Gülərüz insan idi, nailiyyətləri vardı. Yarışlardan hər zaman medalla qayıdardı. Atası idmandan uzaqlaşmasını, rayona qayıtmasını istəsə də, Turan respublika çempionatında qızıl medal qazanmaq istəyirdi”.

Bildirilib ki, hadisədən əvvəl Turan Rüstəmov tatamiyə çıxıb və görüşünü qələbə ilə başa vurub. Bundan sonra Ruslan Səfixanovun təmsil etdiyi komandanın idmançıları ilə onun arasında mübahisə baş verib. 20 yaşlı Ruslan Turanın oturduğu yerə yaxınlaşıb, onu vurub, daha sonra isə bıçaqlayıb.

Qeyd edək ki, Ruslan Səfixanov əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başladılıb. Ruslan Səfixanov həbs edilib.

Tarix
2022.11.30 / 14:51
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Aprel döyüşlərində mülki şəxslərin başına nələr gətirilib?

Naxçıvan aeroportuna yeni direktor təyin olundu

Qərb Pezeşkiana inanmadı - İranda gərginlik artır

Müharibədə ilk yaşandı: Ukraynanın zərbəsinin nəticəsi...

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

Azərbaycan bu sahədə məqsədyönlü tədbirlər həyata keçirir

Bu tarixdən məktəb avtobusları layihəsi başlayacaq

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Ceyhun Bayramov Qazaxıstanın keçmiş naziri ilə də danışdı

Bu İran vətəndaşlarının məhkəməsi başlayır - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla