Yuxarı

Ölkəmizdə insanın səsi ilə kimliyi müəyyən olunur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizdə insanın səsi ilə kimliyi müəyyən olunur

Azərbaycanda insanın səsi vasitəsilə şəxsiyyətini müəyyən etmək üçün müvafiq proqram və cihazlar mövcuddur.

Axar.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, belə bir şərait Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində yaradılıb.

Bu mərkəzdəki müvafiq cihazla insanın səsi yoxlanır və təxminən bir saat ərzində həmin səsin kimə məxsus olduğu müəyyən edilir.

Mərkəzin Əlyazamalar və səslərin ekspertiza şöbəsinin rəis müavini Lətif Əliyev deyib ki, audio və videoyazıların məhkəmə kriminalistika ekspertizasına istintaq orqanları tərəfindən səslər daxil olur. Burada səs və nitqin tədqiqatı dəqiqliklə aparılır. Hətta aydın başa düşülməyən səslər belə təmizlənərək hansı ifadələrin işlədildiyi müəyyən edilir.

Ekspert açıqlayıb ki, onlara ən çox hədə-qorxu gəlib pul tələb edən, dələduzluq və şantaj yolu ilə pul alan şəxslərin səs yazıları təqdim edilir. Səs yazıları verildikdən sonra cinayətdə şübhəli bilinən şəxslərin də orijinal səsləri yazılır və nitqin artikulyasiya xüsusiyyətləri, səsin tembri, melodikliyi, ritmi, nitqin sürəti, aksent xüsusiyətləri dəqiqliklə araşdırılır.

Lətif Əliyev əlavə edib ki, ilin əvvəlindən bu günə qədər audio və video yazıların araşdırılması üçün cinayət və mülki işlərdən 300-ə qədər müraciət olunub. Onlar da bir ay ərzində araşdırılıb və nəticəsi istintaqa təqdim edilib.

Tarix
2022.12.08 / 22:47
Müəllif
Axar.az
Digər xəbərlər

Putindən sonra kim gələcək? – Real şans...

"Hasbik" Bakıda – Foto

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla