Yuxarı

DGK yeni elektron xidmətini təqdim etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi sərnişinlər üçün “Sadələşdirilmiş bəyannamə” elektron xidmətini təqdim edib.

Komitədən Axar.az-a verilən məlumata görə, yeni elektron xidmət hava nəqliyyatı vasitəsilə səyahət zamanı gömrük sərhədlərini daha asan və sürətli keçməyə şərait yaradacaq.

Sərnişinlər xidmət vasitəsilə xaricə apardığı və yaxud xaricdən gətirdiyi malları öncədən internetə çıxışı olan istənilən məkandan e.customs.gov.az portalı, “Smart customs” mobil tətbiqi və gömrük-sərhəd buraxılış məntəqələrində quraşdırılan köşklər üzərindən bəyan edə bilər. Xidmət valyuta və nəqliyyat vasitələrini də onlayn qaydada bəyan etməyə, bəyannamələrinizin statusunu və güzəştli limitinizin hədlərini izləməyə, gömrük ödənişlərini onlayn qaydada həyata keçirməyə imkan verir.

Azərbaycan dili ilə yanaşı, ingilis, rus dillərində də təqdim olunan xidmətdən xarici vətəndaşlar da istifadə edə bilərlər.

"Yeni elektron xidmət sərnişinlərin sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, rahatlığın, şəffaflığın və məmnunluğun artırılmasına şərait yaradacaq", - deyə Komitə bəyan edib.

Tarix
2022.12.28 / 11:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdakı partlayışda xəsarət alan varmı? - DİN-dən açıqlama

Azərbaycandan Britaniya deputatlarına etiraz...

Onlarla bağlı təşkilatlara dəfələrlə müraciətlər edilsə də...

Putin və Szinpin bu səfərdən imtina etdilər – Müəmma

Ermənistan XİN-dən Azərbaycanla bağlı açıqlama

Türkiyə MN Azərbaycan Ordusunu təbrik etdi

İran-İsrail qarşıdurması bitdi: Əliyev Pezeşkianı təbrik etdi

Ordumuz regional sülhün və təhlükəsizliyin əsas qarantıdır

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla