Yuxarı

Güney azərbaycanlılar Əliyevdən kömək istədi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güney azərbaycanlılar Əliyevdən kömək istədi - Video

GünAz TV-nin rəhbəri, Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış simalarından olan Əhməd Obalı Güney Azərbaycanda dünən gecə baş verən zəlzələdən sonra yaşanan acınacaqlı vəziyyətdən danışıb.

Axar.az Musavat.com-a istinadən məlumatına görə, Əhməd Obalı bildirib ki, Xoy şəhərinin yaxınlığında hələ 10 gün əvvəl baş verən güclü zəlzələdən sonra onlarla soydaşımız evsiz qalıb:

“Onlar bu gün də küçələrdə gecələyir, mənfi on dərəcə şaxtada çadırlarda qalmağa məcbur olurlar. Eyni zamanda, dünən gecə baş verən zəlzələdən sonra da İran dövlətinin dediyinə görə, 973 nəfər yaralanıb, ölənlər var. 70 kəndin 80 faizi dağılıb. Bundan öncəki statistikaya baxsaq deyə bilərik ki, xəsarət alan və itkilərlə bağlı İran dövlətinin verdiyi rəqəmlər ən azı 3 dəfə azdır. İran dövləti bu gün evsiz qalanların əksəriyyətinə çadır da verməyib...”

Əhməd Obalı İran dövlətinin məsələyə olduqca etinadsız yanaşdığını bildirərək Azərbaycan Prezidenti İlham Əliyevdən kömək istəyib:

“İran dövləti düşmən kimi bizi dondurmaqla məşğuldur. Bizə yox, terrorçulara dəstək olur. Şimallı, cənublu həmvətənlərimizi də zəlzələdə zərər görən soydaşlarımıza yardım etməyə dəvət edirəm”.

Onu da qeyd edək ki, bu dəqiqələrdə İranın Xoy şəhərində 4,5 bal gücündə daha bir zəlzələ olub. Zəlzələ Naxçıvanda da hiss edilib.

Tarix
2023.01.29 / 20:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla