Yuxarı

Suriyanın taleyi yemək süfrəsində həll edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyanın taleyi yemək süfrəsində həll edilir

Sankt-Peterburqda bir araya gələn G20 liderlərinin axşam yeməyində Suriyaya müdaxilə mövzusunda liderlərin çox sərt çıxışları olub. ABŞ prezidenti Barak Obama sanksiyaların işə yaramadığını, məhdud da olsa əsgəri əməliyyat aparacaqlarını söyləyib.

Rusiya prezidenti Vladimir Putin rəsmi görüşdə iştirak etmədiyinə görə, Suriya mövzusunun yemək masası ətrafında danışılmasını istəmişdi. Beləliklə, Petergof Sarayında reallaşan axşam yeməyində liderlər söz alıb düşüncələrini söyləyiblər.

Baş nazir Rəcəb Tayyib Ərdoğan Suriya mövzusunda artıq hərəkətə keçilməsi ilə bağlı çağırış edib.

Suriyada Əsəd rejiminin kimyəvi silah istifadə etdiyini, əllərində kifayət qədər dəlillərin olduğunu deyən Obama, BMT Təhlükəsizlik Şurasını hücum üçün razı salmalarının mümkün olmadığını və "Artıq məhdud da olsa əsgəri müdaxiləyə ehtiyac var…" deyib.

Rusiya Dövlət başçısı Putinin onun kimi fikirləşmədiyini ifadə edən Obama: "Bu günə qədər bu böhranı siyasi və diplomatik yolla həll etməyə çalışdıq, amma olmadı. Putin mənim kimi düşünmür, ancaq fakt budur ki, kimyəvi silahdan istifadə edilib. Əlimizdə sarin qazı istifadə edildiyinə dair dəlillər, insanlardan alınan nümunələr var. Göstərə bilərik",- deyə çıxış edib.

Suriyada beynəlxalq hüququn pozulduğunu, buna bir cavab verilməsinin vacibliyini vurğulayan Obama Suriya mövzusunda hər cür uzlaşma axtarışı içində olduqlarını, ancaq nəticə ala bilmədiklərini söyləyib. Obama belə bir fikir bildirib: "Təhlükəsizlik Şurasını hücum üçün razı salmaq mümkün deyil. Bu norma tapdalansa, bütün normalar tapdalanacaq. Bu, dünyanı daha təhlükəli hala gətirəcək. Orada barış nümayiş etdirənləri öldürən də Əsəd idi. Artıq məhdud bir müdaxilə etmək lazımdır".

Kanada Baş naziri Stefan Harper Obama ilə eyni fikirdə olduğunu, müxaliflərin bir qisiminin terrorist olduğunu bilmələrinə baxmayaraq, kimyəvi silah istifadə edilməsinə səssiz qala bilməyəcəklərini qeyd edib.

Tarix
2013.09.06 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla