Yuxarı

Fərhad Əhmədbəyli vəfat etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fərhad Əhmədbəyli vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü vəfat edib.

Report xəbər verir ki, görkəmli alim, geologiya-mineralogiya üzrə elmlər doktoru, professor, Prezidentin fərdi təqaüdçüsü, İkinci Dünya müharibəsi veteranı Fərhad Əhmədbəyli dünyasını dəyişib.

Xatırladaq ki, Fərhad Soltan oğlu Əhmədbəyli 1923-cü il fevralın 12-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak edib. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirib.

F.S.Əhmədbəyli 1954-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 1964-cü ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini, 1972-ci ildə isə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Alim əmək fəaliyyətinə AMEA-nın Geologiya İnstitutunda başlayaraq böyük laborant, elmi işçi, baş elmi işçi, laboratoriya və şöbə rəhbəri vəzifələrində çalışıb.

Professor regional geologiya, geotektonika və neotektonika sahələrində tanınmış alim idi. Azərbaycanda ilk dəfə olaraq neotektonika üzrə kompleks elmi tədqiqatların başlanması onun adı ilə bağlıdır. O, Azərbaycanın iri struktur elementlərini öyrənib, müasir tektonik prosesləri və neotektonik hərəkətlərin neft-qazlılıq və seysmikliklə qarşılıqlı əlaqələri problemlərini tədqiq edib. Onun redaksiyası və işləyib hazırladığı üsul üzrə "Azərbaycanın neotektonik xəritəsi" tərtib edilərək dərc olunub(1991-ci il). "Xəzər dənizi və onun haşiyəsinin beynəlxalq tektonik xəritəsi", "Azərbaycanın seysmik rayonlaşdırma xəritəsi"nin, "Azərbaycan Respublikasının Milli Atlas"na daxil edilmiş geoloji və neotektonik xəritələrin, bir sıra digər geoloji təyinatlı xəritə və atlasların tərtibatçılarından biridir. Son illərdə onun elmi fəaliyyətinin əsas istiqamətini Yer qabığının yerüstü və dərinlik geoloji-tektonik quruluşu və geodinamik təkamülünün müasir modellərinin işlənib hazırlanması, müasir tektono-geodinamik, seysmik və ekzogen proseslər arasında korrelyativ asılılıqların müəyyən edilməsi təşkil edib.

Fərhad Əhmədbəyli 145 elmi əsərin, o cümlədən 12 xəritə və atlasın, 5 monoqrafiyanın müəllifidir.

Tarix
2015.11.16 / 09:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla