Yuxarı

“Qobu Park-2” kompleksinin binaları tam təhlükəsizdir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl mətbuatda "Bina əyildi, sakinlər təhlükədə" başlıqlı yaz dərc edilib.

Axar.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı İqtisadiyyat.az saytının əməkdaşı həmin əraziyə ezam edilib

İlk növbədə "Qobu Park-2” yaşayış kompleksinin tikintisində podratçı kimi çıxış etmiş Kristal Abşeronun əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilib.

“Yayılmış görüntülər inşaat norma və qaydalarına əsasən 2 bina arasındakı olmalı olan boşluq - antiseysmik tikişin üzərində olan dekorativ dəmir listlərin dəyişdirilməsi zamanı çəkilib. Şəkillərdə də göründüyü kimi sözügedən boşluğun aşağı hissəsindəki dekorativ dəmir list yerində qalıb, ortada bir hissəsində dəmir list dəyişdirilir. Bütün bu proseslər isə binanın dayanıqlılığına heç bir təsir göstərmir. Bina Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının nümayəndələri tərəfindən yoxlanılıb. Bina konstruktiv cəhətdən tam yüksək səviyyədədir və binanın konstruksiyasında millimetr qədər belə zədə yoxdur. Binada istifadə olunan armaturlar Rusiya istehsalı A500 markadır, beton isə M400 markadır.

Eyni zamanda memarlığında da hər hansı bir dəyişiklik yoxdur.

Son olaraq məlumat vermək istəyirik ki, bina tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir. Vətəndaşları yayılan dezinformasiyalara inanmamağa çağırırıq”, - deyə sayt qeyd edib.

Tarix
2023.03.10 / 14:37
Müəllif
Axar.az
Digər xəbərlər

Kremlin “izahatı” qəbul edilmədi, Bakı səfəri ləğv etdi...

Markovdan Yekaterinburqdakı hadisəyə reaksiya: Dəhşətdir

Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN

Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı

Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər... - Video

Öldürülənlərin cənazəsi nə vaxt Azərbaycana yola salınacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla