Yuxarı

DİN-dən "Xaçmaz olayı"na təkzib gəldi - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən "Xaçmaz olayı"na təkzib gəldi - Yeniləndi

***

10:44

Yanvar 23-də Xaçmazın Susayqışlaq kəndində silahlı vəhhabi dəstəsi Susay qışlaq kənd tam orta məktəbin V sinif şagirdi Valeh adlı uşağı girov götürüb.

Dərsdən evlərinə qayıdan uşaq yolda 15 nəfərlik dəstəni görür. Dəstə uşağı zorla saxlayaraq ləzgi dilində ona "Bizi gördüyünü heç kimə demə, yoxsa səni də, ailəni də öldürərik" deyə hədələyərək uşağı buraxıblar.

Tələsik evə gələn uşaq bütün gördüklərini valideynlərinə danışıb, atası dərhal zəng edərək polisi bu barədə məlumatlandırıb. Dərhal başlanan cinayət-axtarış işlərindən xəbər tutan dəstə həmin ailənin evinə gələrək, uşağın ata və anasını döyüb, valideynlərə ciddi xəsarət yetiriblər. Valehin özünü isə girov götürüblər.

Sakinlərdən aldığımız məlumata görə, hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir, yollarda polis patrullar xidmət aparır.

Rayon Polis Şöbəsindən isə AzNews.az-a bildirilib ki, onlarda belə məlumat yoxdur.

***

11:10

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Xaçmazda vəhhabilərin silahlı dəstəsinin 5-ci sinif şagirdini girov götürməsi barədə məlumatı təkzib edib.

Mətbuat xidmətindən qeyd ediblər ki, Xaçmazda belə bir hadisə baş verməyib, heç bir dəstə heç kimin evinə getməyib, heç bir uşaq da girov götürülməyib ("Musavat.com").

Tarix
2014.01.25 / 11:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix

Bayramovdan TRİPP layihəsi ilə bağlı mühüm açıqlama

SOCAR-ın YDM-lərindən istifadə edirəm – ATƏT sədri

ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür...

İranla əlaqəli şəbəkələr onlardan Bakıya qarşı istifadə edir

Bayramov ATƏT sədri ilə görüşdü

Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı

Ermənistanın İrana ərazi iddiası... - Erməni deputat

Türkiyənin olmadığı masada… - Hikmət Hacıyev

ATƏT-in sədri Azərbaycana gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla