Yuxarı

Qarabağda çalışan türklər necə səs verəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda çalışan türklər necə səs verəcək?

Azərbaycanda yaşayan vətəndaşlarımız aprelin 2-dək Bakı, Naxçıvan və Gəncədəki konsulluqlarımızda səs verə bilərlər. Konsulluqlar aprelin 1-də və 2-də açıq olacaq.

Qarabağda çalışan Türkiyə vətəndaşları yaxınlarının yanına gedə və orada səs verə bilərlər. Bu zaman onlar çağrı mərkəzləri vasitəsilə harada qeydiyyatda olduqlarını dəqiqləşdirməlidirlər. Onlar Azərbaycanda qeydiyyatda olduqları təqdirdə, bu, mümkün olmayacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyədə keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Səfir Azərbaycanda təhsil alan türk tələbələrin də seçkilərdə iştirakına toxunub. Bildirib ki, Qarabağ iqtisadi rayonunda çalışan mühəndislər, fəhlələrlə yanaşı, burada təhsil alan tələbələr də seçkilərdə iştirak edə bilərlər.

"2022-2023 təhsil ilində Bakıda 1588, Naxçıvanda 1287, Gəncədə isə 371 türk tələbənin təhsil aldığı məlumdur. Seçkilərdə iştirak üçün müraciətlər martın 20-dən aprelin 2-dək qəbul edilir", - deyə diplomat qeyd edib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.

Tarix
2023.03.28 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla