Yuxarı

İnternet İdarəçilik Forumu işə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnternet İdarəçilik Forumu işə başladı

Bu gün "İKT İnnovasiyalarının Regional İnkişaf Mühitinin Yaradılması" mövzusunda Üçüncü Regional İnternet İdarəçilik Forumu (RİİF) öz işinə başlayıb.

Axar.az xəbər verir ki, keçirilən forumun təşkilatçıları Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və ADA Universitetidir.

Forumun keçirilməsində əsas məqsəd regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq, yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və bu sahədə olan problemlərin müzakirəsi, maraqlı layihələri nümayiş etdirməkdir.

Tədbirdə "Təhsilin texnologiyalar vasitəsilə transformasiyası", "Məxfilik və İnnovasiya üçün Kiber Təhlükəsizlik - Regional Kiber Təhlükəsizlik Alyansları Təşəbbüsləri" mövzuları müzakirə olunacaq.

İki gün davam edəcək tədbirdə 250-300 nəfər Azərbaycan və digər ölkələrin hökumət, biznes nümayəndələri, diplomatik nümayəndələri toplanacaq.

Qeyd edək ki, Regional İnternet İdarəçilik Forumu 2012-ci ildə Bakıda təşkil edilmiş 7-ci İnternet İdarəçilik Forumu ərəfəsində yaranıb və hər il keçirilir.

Tarix
2015.12.03 / 14:37
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla