Yuxarı

Speys TV-nin yayımı dayandırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Audiovizual Şuranın videoformatda iclası keçirilib.

Bu barədə Axar.az-a Şuradan məlumat verilib.

İclasda Şuranın apardığı monitorinqlər nəticəsində aşkarlanmış "Media FM" radio kanalının efirində "Reklam haqqında" Qanunun, Speys TV televiziya kanalının efirində isə "Media haqqında" Qanunun tələblərinin pozulması faktları müzakirə olunmuşdur.

Belə ki, ümumölkə yerüstü radio yayımçısı olan Digital Media MMC-nin "Media FM" radio redaksiyasının efirində 11 may tarixində saat 08:48-də, 15 may 2023-cü il tarixində saat 08.50-də, 09.49-da və 12.50-də "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin tələbinin (hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır) pozulması faktları qeydə alınıb.

Bundan başqa, ümumölkə yerüstü televiziya yayımçısı olan "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin Speys TV televiziya redaksiyasının efirində 12 may 2023-cü il tarixində "Gəl, danış" proqramının yayımı zamanı (saat 13.01-də) "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması faktı aşkarlanıb.

Şura üzvləri aparılan müzakirələrdən sonra hər iki redaksiyaya qarşı yayımın dayandırılması sanksiyasının tətbiq olunmasına yekdilliklə səs veriblər. Beləliklə, Azərbaycan Respublikası Audiovizual Şurasının qəbul etdiyi müvafiq qərarlara əsasən "Media FM" radio redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 23.00-24.00 arası 1 saatlıq, Speys TV televiziya redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 08.00-11.00 arası 3 saatlıq dayandırılacaq.

Azərbaycan Respublikası Audiovizual Şurası bir daha bütün audiovizual yayımçıları proqramların yayımı zamanı qanunvericiliyin tələblərinə riayət etməyə çağırır.

Tarix
2023.05.18 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev iki ölkənin səfirini qəbul etdi

ÇAXAL-dan görünməmiş çağırış: İranlılar, bu ərazidən qaçın!

Mürəkkəb geosiyasi hadisələr baş verir: milli, regional və…

İsrail İran səmasına hakimdir: Ancaq “bunker-buster” olmasa…

Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət etdi

Mehriban Əliyeva Qurtuluş Günü ilə bağlı paylaşım etdi

İsrail–İran toqquşması: Hansı tərəf üstündür? - Markov

İlham Əliyevdən Qurtuluş Günü ilə bağlı paylaşım

Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla