Yuxarı

Almaniyanın ölkəmizdəki səfiri ADU-ya gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla tələbələrin alman dilinə olan marağından danışıb. Bildirib ki, tələbələr alman dilini, Almaniyanın tarixi və mədəniyyətini böyük həvəslə öyrənirlər.

Qeyd olunub ki, alman tarixi, mədəniyyəti, təhsili və elmi hər zaman diqqət mərkəzində olub və bu gün də tələbələrin diqqətini özünə çəkir. Məhz bu baxımdan ADU-da alman dilinə və mədəniyyətinə maraq bu qədər yüksəkdir.

“Mənə elə gəlir ki, bütün Azərbaycanda olduğu kimi, universitetimizin müəllimləri və tələbələrində də Almaniyaya böyük bir məhəbbət var. Universitetimizə alman səfirlərin gəlişi ilk dəfə deyil, bundan öncə də olub və düşünürəm ki, bu səfərlər əlaqələrimizin inkişafına öz müsbət təsirini göstərib.

Universitetimizdə alman dilini öyrənən tələbələr tədbirlərdə aktiv şəkildə iştirak edirlər. Bu yaxınlarda alman dilini öyrənən tələbələrimiz Ulu öndər Heydər Əliyevin təhsillə bağlı, mədəniyyətlə bağlı, ümumən dünya ölkələri ilə bağlı dediyi fikirləri alman dilinə tərcümə ediblər və bu tərcümə kitab şəklində çap olunub. İnanıram ki, bundan sonra da əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək və əməkdaşlığımız daha da möhkəmlənəcək”.

Səfir Ralf Horlemann səmimi qarşılanmaya və xoş sözlərə görə ADU rəhbərliyinə və kollektivinə öz minnətdarlığını bildirib. Qeyd olunub ki, alman dilini tətdiq etmək istəyən tələbələr və mütəxəssislər üçün hər zaman şərait yaradılır və bu istiqamətdə mühüm işlər görülməkdədir.

Görüşdə alman dilinin təbliği, mübadilə proqramları, birgə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra Ralf Horlemann "Səfir saatı" layihəsi çərçivəsində tələbələrlə görüşüb.

Tarix
2023.05.25 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hər şeyi alacaq! - Oskanyan

Türkiyə atəşə tutuldu: ordunun “bufer zona”sı yarıldı? - General

Türkiyə MN Azərbaycanı təbrik etdi

Azərbaycanlılar haqlıdır, millətimizdə problem var - Xaçikyan

Türk dilinə qadağa: Parlamentdə etiraz başladı

Bakıda bu bələdiyyələr birləşdiriləcək - Siyahı

Bizə nəyi təbliğ edirlər? - Millət kimi yox ola bilərik!

Ermənistan Azərbaycana hücuma hazırlaşır: COP29 zamanı...

İrəvan Gəncəyə raket hücumlarını araşdırmalıdır!

Prezidentdən Füzuli şəhəri Günü ilə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla