Yuxarı

Şuşaya tur vəd etdi, 30 mini ələ keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə kredit verəcəyi və Şuşa şəhərinə tur təşkil edəcəyini vəd edərək insanları aldadan şəxs saxlanılıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Nazirliyə naməlum şəxsin İnstaqram sosial şəbəkəsində vətəndaşlara müxtəlif şirnikləndirici vədlər verərək dələduzluq yolu ilə onları aldatdığı barədə çoxsaylı şikayətlər daxil olub.

Həmin məlumatlar əsasında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunazidd əməlləri törədən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Mustafayev saxlanılıb.

Ətrafında keçirilən tədbirlərlə müəyyən edilib ki, Rüfət Mustafayev son bir neçə ay ərazində İnstaqram sosial şəbəkəsində “kredit evi”, “faize.pull2022” və digər adlarda səhifələr yaradaraq kredit verəcəyi, eləcə də Şuşa şəhərinə tur təşkil edəcəyini vəd edərək 120 fakt üzrə vətəndaşlara qarşı dələduzluq edib. Bu və digər üsullarla o, zərərçəkənlərin 30 min manata yaxın pulunu ələ keçirib

Araşdırma zamanı Rüfət Mustafayevin bəzi faktlar üzrə zərərçəkənlərin bank kartlarında olan məlumatları ələ keçirməklə hesablarda olan pul vəsaitlərini oğurladığı da müəyyən edilib.

Aşkar edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məlumatda qeyd edilib ki, Rüfət Mustafayevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

"Sonda bir daha vətəndaşlar sosial şəbəkələrdə şəxsi məlumatlarını paylaşan zaman maksimum dərəcədə diqqətli olmağa, əmin olmadıqları səhifələrə əvvəlcədən ödəniş etməməyə çağırırıq", - məlumatda vurğulanıb.

Tarix
2023.06.08 / 13:27
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

Razılaşdırılıb: Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla