Yuxarı

13 413 tənha vətəndaşa xidmət göstərilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
13 413 tənha vətəndaşa xidmət göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri tərəfindən hazırda 13 413 nəfər tənha ahıl və əlil vətəndaşa evlərində sosial-məişət xidməti göstərilir.

"Axar.az"ın "AzNews.az"a istinadən verdiyi məlumata görə, onların 10 752 nəfəri qadınlardır. Xidmətlə təmin olunanların 11 275 nəfərdən çoxu 70 yaşdan yuxarı olanlardır. Şəhər və şəhər tipli qəsəbələrdə, rayon mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət göstərir.

Sosial işçilər həftədə ən azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə xidmət göstərirlər.

Evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan 70 yaşına çatmış tənha ahıl vətəndaşlar, həmçinin I qrup əlillər, başqasının köməyinə ehtiyacı olan II qrup əlillər yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadığı halda xidmətə götürülürlər.

Tarix
2014.01.30 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla