Yuxarı

Arif Paşayev fəxri diplomla təltif edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 24-də Milli Aviasiya Akademiyası ilə Azərbaycan Mühəndislik Akademiyasının birgə iclası keçirilib.

AzərTac xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev iclası açdıqdan sonra sözü Mühəndislik Akademiyasının vitse–prezidenti, akademik Əhəd Canəhmədova verib.

Əhəd Canəhmədov son 5 ildə – 2011-2015–ci illərdə Azərbaycan Mühəndislik Akademiyasında görülən əsas işlər haqqında məlumat verib. Məlumatda ən əhəmiyyətli elmi nəticələr və onların istehsalata tətbiqinin səmərəliliyi vurğulanıb. Bu müddət ərzində akademiya üzvləri tərəfindən 35–ə yaxın monoqrafiya, kitablar və dərsliklər, 250–dən çox müxtəlif beynəlxalq və ölkə jurnallarında elmi məqalələr dərc olunub, 16 patent və müəlliflik şəhadətnamələri alınıb.

Qeyd olunub ki, bu müddət ərzində akademiya üzvlərinin yeddi nəfəri ordenlə (biri "İstiqlal" ordeni, üçü "Şöhrət" ordeni, üçü "Şərəf" ordeni), iki nəfəri isə "Tərəqqi" medalı ilə təltif olunub. Bir nəfər Əməkdar Elm Xadimi, bir nəfər beynəlxalq mükafat laureatı, bir nəfər milli mükafat laureatı, bir nəfər elmlər doktoru, iki nəfər isə texnika elmləri üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.

2011-2015–ci illərdə Azərbaycan Mühəndislik Akademiyası beş elmi–texniki konfrans, iki "dəyirmi masa" keçirib.

"Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri" beynəlxalq elmi-texniki jurnalı ildə dörd nömrə olmaqla mütəmadi nəşr edilib. Nəşrdə möhkəmlik fizikası, aviasiya, mexanika və maşınqayırma, neft və qaz, neft-kimya texnologiyası, informasiya texnologiyaları ilə bağlı bir sıra elmi məqalələr dərc olunub.

Xatırladaq ki, "Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri" ayrıca elektron formatda, müasir dünya standartlarından istifadə etməklə məqalələrin xülasələrini ingilis dilində yayır, həmçinin xarici analitik baza olan SCOPUS-a keçid və onun vasitəsilə indeksləşmə və sitatlaşdırmanı həyata keçirir. Jurnalda məqalələr Azərbaycan, ingilis və rus dillərində dərc edilir.

İclasın yekununda akademik Arif Paşayevə aviakosmos sahəsindəki xidmətlərinə görə "İlin mühəndisi" fəxri diplomu və xatirə medalı təqdim olunub. Akademiyanın digər üç üzvü – professor Rauf Cəfərzadə, professor Afiq Həsənov və professor Ədalət Səmədov müxtəlif nominasiyalar üzrə "İlin mühəndisi" fəxri adına layiq görülüb, diplom və xatirə medalı ilə təltif olunublar.

Tarix
2015.12.25 / 23:32
Müəllif
Axar.az
Digər xəbərlər

İran Avropanın üç tələbini qəbul edərsə…. - Politoloq

İranın hücumu “simvolik” olsa da, radikal addım ata bilər

Bu gün Elçibəyin doğum günüdür

Şəhərlərimizin bombalanması əmrini İrəvanın verdiyi təsdiqləndi

Meksikalı diplomatlar da Azərbaycana təxliyə olundu

İrəvanın azərbaycanlıların qayıdışı ilə bağlı bu bəyanatı...

Arutyunyan etiraf etdi: Suriyadan gətirilən ermənilər...

Ermənistanın bu bəyanatını qətiyyətlə rədd edirik - XİN

Rusiya və İran müharibə aparır, Türkiyə... – Sərkisyan qorxutdu

Böyük Qayıdışla bağlı ilk iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla