Yuxarı

MTRŞ: "ANS ödənişdən imtina etsə..."

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ: "ANS ödənişdən imtina etsə..."

54 min və 25 min manat məbləğindəki cərimələrlə əlaqədar ANS Müstəqil Yayım və Media Şirkəti və Şura arasında məhkəmə prosesi davam edir. Məhkəmə 54 min manat cərimə ilə bağlı olaraq Şuranın qərarını qüvvədə saxlayıb.

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

O bildirib ki, məhkəmə prosesi başa çatdıqdan sonra, ANS Müstəqil Yayım və Media Şirkəti MTRŞ tərəfindən təyin olunan cərimələri ödəməkdən imtina etsə, cərimə məcburi qaydada onların bank hesabından çıxarılacaq.

N.Cavadov qeyd edib ki, son təyin olunan 161 min manat cərimə ilə bağlı ANS Müstəqil Yayım və Media Şirkətinin MTRŞ-i məhkəməyə verməsi ilə bağlı hər hansı bildiriş almayıblar.

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkəti MTRŞ-nın 5 oktyabrda keçirilən iclasında "Reklam haqqında" qanunun, İnzibati Xətalar Məcəlləsinin maddələrinə uyğun olaraq 54 min manat məbləğində cərimə olunub.

ANS Müstəqil Yayım və Media Şirkəti MTRŞ-nın 13 oktyabrda keçirilən iclasında "Televiziya və radio yayımı haqqında" və "Reklam haqqında" qanunların tələbləri pozulduğuna görə 25 min manat məbləğində cərimə edilib.

MTRŞ-nın 23 dekabrda keçirilən son iclasında ANS ÇM radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında" və "Reklam haqqında" qanunun tələblərinin pozulması ilə əlaqədar ANS Müstəqil Yayım və Media Şirkəti 161 min manat məbləğində cərimə olunub.

Tarix
2015.12.26 / 16:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla