Yuxarı

“Belə getsə, ANS bağlanacaq”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Belə getsə, ANS bağlanacaq”

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik edilib.

Publika.az-ın məlumatına görə, dəyişikliyə münasibət bildirən millət vəkili Qüdrət Həsənquliyev deyib ki, bu cür dəyişiklik mənfi nəticələrə səbəb olacaq: "Əgər qanun qəbul edilsə, bu, ANS TV-nin bağlanmasına səbəb olacaq. Yəni, Nuşirəvan Məhərrəmli bu qanundan ANS-ə qarşı istifadə edəcək. Mən çox təəssüf edirəm ki, Nuşirəvan Məhərrəmlinin ANS TV ilə münasibətləri hələ də gərgin olaraq qalır. Onların qarşılıqlı əməkdaşlığı yoxdur. Hər gün Milli Televiziya və Radio Şurasının ANS-i cərimələməsi ilə bağlı xəbərlər oxuyuruq. Əgər belə olarsa, o zaman onlar ANS-i bağlayacaqlar. Biz Azərbaycanın ilk müstəqil televiziyası olan ANS TV-yə qarşı ögey münasibət görürük. Heç olmasa, müvafiq dövlət orqanları məsələyə müdaxilə etsin və normal əməkdaşlıq mühiti yaradılsın. Düşünürəm ki, bu dəyişikliyin edilməsi tezdir və sui-istifadə hallarına yol açacaq. ANS ilk özəl televiziyamızdır və bu gün biz onlara ögey münasibəti görürük".

Deputat Fazil Mustafa da qeyd edib ki, qanun layihəsi indi qəbul olunarsa, o zaman məhkəmənin işinə ehtiyac olmayacaq: "Belə olanda məhkəmə hakimiyyəti icra orqanı ilə bölüşdürülür. Buna diqqət edilməlidir. Heç olmasa, hansısa qurumun qərarı ilə televiziyanın fəaliyyəti 3 gün dayandıra bilər və sonra məhkəmədə nəyə görə bağlanması barədə əsaslandırılmalıdır. Bu olmasa, müəyyən icra qurumu məhkəmə funksiyasını mənimsəyəcək. Bu da problemdən çıxış yolu deyil. Bunun yolu məhkəmədən keçir. Belə olarsa, dəyişiklik konstitusiyaya uyğun olar".

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə deyib ki, "Televiziya və radio yayımı haqqında" Qanunda da nəzərdə tutulur ki, Milli Televiziya və Radio Şurası hər hansı televiziyanı bağlaya bilər: "Artıq Azərbaycanda televiziya və yayım haqqında müvafiq qanun var. Televiziya strateji bir sahədir. Azərbaycanın bütün regionlarında televiziyalar yayımlanır. Ola bilər ki, hər hansı televiziya ölkə əleyhinə müəyyən çağırışlar edir. Bu qanunla bağlı oxşar təcrübə bir çox dövlətlərdə də var. Mən də bu qanuna dəyişikliklərə səs verəcəm".

Daha sonra dəyişiklik qəbul edilib.

Tarix
2015.12.29 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla