Yuxarı

Prezident sərəncamı: 400 məzun mənzillə təmin olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident sərəncamı: 400 məzun mənzillə təmin olunacaq

Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 400 məzunu mənzillə təmin ediləcək.

Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı"nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin təşkili ilə bağlı həyata keçirilən fəaliyyətin sistemliliyi, operativliyi və səmərəliliyi artacaq.

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası prosesinin həyata keçirilməsində sistemlilik, operativlik və səmərəlilik artacaq.

Koordinasiya Şurası yaradılarkən və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiyası məqsədilə birgə tədbirlər həyata keçirilərkən aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində çətinliklər yarana bilər. Bununla əlaqədar müvafiq işçi qrupların yaradılması nəzərdə tutulur.

Yeni yaradılacaq dövlət sosial xidmət müəssisələrində fəaliyyətin təşkilinə, həmçinin mövcud müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə sosial xidmət müəssisələrinin mövcud infrastruktur təminatının yaxşılaşdırılmasına, habelə müəssisələrin maddi-texniki təminatının və reabilitasiya prosesinin müasir beynəlxalq təcrübəyə uyğun qurulması istiqamətində tədbirlərin görülməsinə ehtiyac vardır. Həmçinin uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, həmin müəssisələri tərk etmiş və yaşayış yeri olmayan məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi zəruridir.

Dövlət sosial xidmət müəssisələrinin (o cümlədən yeni yaradılan müəssisələrin) infrastrukturunun müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması təmin ediləcək.

Tarix
2023.08.28 / 16:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla