Yuxarı

Türkmənistanda tapılan neftçilər dəfn olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkmənistanda tapılan neftçilər dəfn olundu - Foto

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşən və meyitləri yanvarın 3-də Xəzər dənizinin Türkmənistan hissəsində tapılan 2 neftçi dəfn olunub.

Report xəbər verir ki, Quliyev Əzizağa Nöhbala oğlu Zirə qəbirstanlığında dəfn edilib.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarə və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Ötən gün cəsədi Bakıya gətirilən Abdullayev Adil Ələkbər oğlu da bu gün Novxanı qəbirstanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı yanvarın 3-də Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb. Məlumat daxil olduqdan sonra FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün dünən səhər Türkmənistana yola düşüb. İstintaq qrupunun üzvləri və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri meyitlərə baxış keçirib və məlum olub ki, bunlar "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilər- Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğludur. Cəsədlər dünən gecə Bakıya gətirilib.

Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. İndiyədək 10 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib. Həmin gün "Neft daşları"ında baş verən qəzada itkin düşən 3 neftçi də daxil olmaqla, 23 nəfərin axtarışı davam etdirilir.

Tarix
2016.01.05 / 13:11
Müəllif
Axar.az
Digər xəbərlər

12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla