Yuxarı

Millət vəkili sayt açmasını inkar etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili sayt açmasını inkar etdi

Millət vəkili Çingiz Qənizadə "afn.az" saytının qeyri-rəsmi sahibi olması ilə bağlı yayılan söhbətlərə aydınlıq gətirib.

Millət vəkilinin Teleqraf.com-a daxil olan müraciətində deyilir:

"Hörmətli dostlar, əziz mətbuat nümayəndələri!

Son dövrlər kimlərsə tərəfindən "AFN.az" saytının guya qeyri-rəsmi sahibi olmağımla bağlı şayiələr yayılıb.

Onu da qeyd edim ki, son iki ay ərzində elə bu "AFN.az" saytının özündə mənə çox yaxın və dost olan bəzi şəxslər barədə həqiqətə uyğun olmayan, qərəzli yazılar getdikdən sonra mən bu açıqlamanı vermək məcburiyyətində qaldım.

"AFN.az" saytının rəhbərliyi də tanıdığım onlarla media rəhbərlərindən biridir. Mənim hər hansı saytı yaratmaq və onu saxlamaq üçün nə maddi imkanım, nə həvəsim, nə də ehtiyacım yoxdur.

Mən mətbuata tam açıq və əlçatan millət vəkillərindən biriyəm. Mən tək-tək millət vəkillərindən biriyəm ki, ölkəmizin bugünkü bütün media nümayəndələri ilə əməkdaşlıq və dostluq edirəm. Televiziya və mətbuatda yazıları və çıxışları ən çox işıqlanan şəxslərdən biriyəm. Buna görə bütün mətbuatdakı dostlarıma təşəkkür edirəm.

Belə hesab edirəm ki, medianı yalnız peşəkar jurnalistlər yarada və idarə edə bilərlər.

Mən çox təəssüf edirəm ki, bu gün bəzi media nümayəndələri rəhbərlik etdikləri sayt və qəzetlərdən başqalarına hədə-qorxu gəlmək, şantaj etmək və s. kimi məqsədlər üçün istifadə edir, sifarişli yazılar yazırlar. Bu kimi hallar yolverilməzdir, qanunla qadağan olunur və məsuliyyət yaradır.

Əziz dostlar!

Mətbuat cəmiyyətin güzgüsüdür. Mən bəzi mətbuat nümayəndələrini fəaliyyətləri zamanı peşəkar və qərəzsiz davranışa dəvət edir, ölkə qanunlarına hörmət etməyə çağırıram. Əgər kimsə hədə-qorxu, şantaj, sifarişli yazıları ilə başqalarının işgüzar nüfuzuna xələl gətirirsə, şərəf və ləyaqəti alçaldıcı yazılar yazırsa, mən belə jurnalistlərə qarşıyam və hər zaman da bu mövqeyimdə qalıram.

Bir daha bəyan edirəm ki, mənim heç bir saytla işgüzar əməkdaşlıqdan başqa bağlılığım yoxdur və olmayacaq. Bu cür fikirləri və şayiələri yayanları isə özümə qarşı qərəzli hesab edir, onları qınayır və bir daha dəqiqləşdirilməmiş şayiələri yaymamağa dəvət edirəm".

Tarix
2016.01.08 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla