"Azərbaycan Hava Yolları" (AZAL) 2016-cı il fevralın
1-dən etibarən Azərbaycanın hava limanlarından olan uçuşlarda
aviabilet qiymətlərinin formalaşdırılmasında tam yeni siyasətin
tətbiq edilməsini elan edir.
Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən Axar.az-a
verilən məlumata görə, yeni konsepsiya çərçivəsində "Azərbaycan
Hava Yolları"nın daha çox tələbatın olduğu reyslərində ekonom
sinfinin üç tarif kateqoriyası - "Budget", "Discount" və "Comfort"
mövcud olacaq. Artıq 15 yanvar tarixindən etibarən bu tariflər üzrə
aviabilet əldə etmək mümkün olacaq.
"Budget", "Discount" və "Comfort" tarif qaydaları təyyarə
göyərtəsində yemək nəzərdə tutmur və yalnız əl yükü (çəkisi 8
kq-dək) daşınmasına icazə verir. Sərnişin kassada bilet aldığı
zamanı əvvəlcədən qaynar yemək sifariş verə bilər, veb-sayt
üzərindən sifariş verdiyi halda isə bu barədə call-center
vasitəsilə (+99412-598-88-80 və ya *8880) məlumat verə bilər.
Həmçinin sərnişinlər təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki
seçmək imkanı əldə edəcəklər.
Baqajın (23 kq-a qədər) uçuşdan ən azı 12 saat əvvəl qeydiyyatı
20 avro təşkil edəcək. Yükün göstərilən vaxtdan gec qeydiyyatı
həmin qiymətdən 5 avro baha olacaq.
Budget tarifi üzrə istiqamətlərin
qiymətləri
İstiqamət
|
Bir tərəfə aviabiletin son qiyməti
(avro ilə)
|
Tbilisi
|
69
|
Tehran
|
79
|
Aktau
|
79
|
Mineralnıye Vodı
|
79
|
Moskva ("Vnukovo")
|
89
|
Moskva ("Domodedovo")
|
89
|
İstanbul ("Sabiha Gökçen")
|
89
|
Alanya
|
89
|
İstanbul ("Atatürk")
|
99
|
Antalya
|
99
|
Dubay
|
99
|
Kazan
|
99
|
Ankara
|
109
|
Kiyev
|
109
|
Minsk
|
119
|
Sankt-Peterburq
|
129
|
Lvov
|
139
|
Bu istiqamətlər üzrə ən ucuz aviabiletləri onların
dəyişdirilməsi və geri qaytarılmasını nəzərdə tutmayan "Budget"
tarifinin əvvəlcədən bron edilməsi zamanı almaq mümkün olacaq.
"Discount" tarifinin qaydaları 40 avro məbləğində cərimə olunmaqla
uçuşa qədər aviabileti geri qaytarmaq və ya vaxtını dəyişdirmək
imkanı verir. "Comfort" tarifi üzrə aviabileti uçuşa qədər əlavə
maliyyə sanksiyaları olmadan, uçuşdan sonra isə cərimə olunmaqla
dəyişmək və ya geri qaytarmaq mümkün olacaq.
Qeyd edək ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA)
reqlamentinə əsasən, qlobal bron sistemləri vasitəsilə bron edilən
Azərbaycanın bütün beynəlxalq sərnişin aviadaşımalarının qiymətləri
vahid Avropa valyutası olan avro ilə formalaşır. Bu qarşılıqlı
hesablaşma qaydası İATA-nın Avropa zonasının digər ölkələrində də
tətbiq olunur.
Bütün tariflər üzrə reyslər çərçivəsində "AZAL Miles" bonus
proqramından istifadə etmək olar. Proqram haqqında məlumatı
bu
linkdə əldə etmək olar.
Bundan əlavə, "Azərbaycan Hava Yolları" aşağıdakı marşrutlar
üzrə uçuşlara yeni qış aksiyası barədə elan edir:
Marşrut
|
Aviabiletin son qiyməti
|
Bakı - Paris - Bakı
|
349 EUR
|
Bakı - Milan - Bakı
|
329 EUR
|
Bakı - Nyu-York - Bakı
|
499 EUR
|
Nyu-York - Bakı - Nyu-York
|
549 USD
|
Bakı - Praqa - Bakı
|
329 EUR
|
Praqa - Bakı - Praqa
|
359 USD
|
Bakı - Tel-Əviv - Bakı
|
299 EUR
|
Tel-Əviv - Bakı - Tel-Əviv
|
329 USD
|
Bakı - London - Bakı
|
329 EUR
|
Bu aksiya çərçivəsində bilet satışı 11 yanvar 2016-cı il
tarixində başlayacaq və 5 mart 2016-cı il tarixinə kimi davam
edəcək, uçuş tarixi 11 yanvar 2016-cı il tarixindən 6 mart 2016-cı
il tarixinə kimidir.
Aviabiletlərin qiymətinin aşağı salınması məsələsi bundan sonra
da AZAL-ın gündəliyində olacaq. Sərnişinlərə maksimum əlverişli
şərtlər təqdim etmək aviaşirkət üçün prioritet təşkil edir.