Yuxarı

Arvadını yatdığı yerdə öldürdü - Bərdədə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arvadını yatdığı yerdə öldürdü - Bərdədə

Bərdədə arvadını qətlə yetirən ər tutulub.

APA-nın məlumatına görə, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb. 35 yaşlı Rəhimov Zülfüqar Rəhim oğlu həyat yoldaşı, 30 yaşlı Rəhimova Gülnar Füzuli qızını səhər saatlarında yuxuda olan zaman bıçaqlayıb.

Zülfüqar Rəhimovun ailə üzvləri evin gəlini Gülnar Rəhimovanı xəstəxanaya çatdırmaq istəsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Kənd sakinlərinin verdiyi xəbərə görə Zülfüqar və Gülnarın qohumluq əlaqələri olub. Onlar əmi nəvəsidir. Zülfüqarın psixoloji problemləri olsa da, ailə Gülnara və onun 3 uşağına sahiblənməyə çalışıb. Hadisə baş verən gecə onlar ayrı-ayrı otaqlarda yatıblar. Zülfüqar həyat yoldaşına 2 bıçaq zərbəsi endirdikdən sonra qaçmağa cəhd edib. Onu polisə öz ailəsi təhvil verib.

Bərdə rayon prokurorunun böyük köməkçisi Bilal Məmmədovun sözlərinə görə, hadisə səhər saatlarında baş verib:

"Saat 05.30 radələrində Rəhimova Gülnar Füzuli qızının boyun və döş qəfəsindən bıçaqlanması ilə əlaqədar Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb. Mərhum Gülnar Rəhimovanın əri, 1980-ci ildə anadan olmuş Rəhimov Zülfüqar Rəhim oğlu şübhəli şəxs qismində saxlanılıb".

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Tarix
2016.01.09 / 13:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla