Yuxarı

Yevlaxda ər arvadını öldürdü, sonra özünü güllələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yevlaxda ər arvadını öldürdü, sonra özünü güllələdi

09:45

Sentyabrın 28-də Yevlax rayonu, Tanrıqulular kənd sakini 1963-cü il təvəllüdlü Zinyət Zamanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax rayon prokurorluğundan Axar.az-a bildirilib ki, araşdırma zamanı 1960-cı il təvəllüdlü Mehman Zamanovun aralarında yaranmış mübahisə zamanı arvadı Zinyət Zamanovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra isə tüfənglə atəş açaraq özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.

Tarix
2023.09.28 / 10:18
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla