Yuxarı

Dilmanc ödənişli xidmətə keçir? – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dilmanc ödənişli xidmətə keçir? – Ekspert

"Dilmanc"ın uğur qazanması üçün ödənişli olması önəmli qərardır.

Bu sözləri Axar.az-a Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, ödənişli xidmət çox faydalı olacaq, çünki layihə artıq öz kommersiya xəttini tutmalıdır:

"İndiyə qədər "Dilmanc" Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən maliyələşdirilirdi. Müşahidələr göstərir ki, yeni yaranmış mühitdə daha qənaətcil siyasət yürüdülməyə başlanıb.

"Dilmanc" kommersiya xarakterli bir layihə olduğundan, onun uzun müddət dövlət tərəfindən maliyələşdirilməsi düzgün olmaz. Düşünürəm ki, qiymət siyasəti bəzi məqamları nəzərə alaraq tətbiq ediləcək.

"Dilmanc" Azərbaycan dilinin spesifik xüsusiyyətlərinə, normalarına daha yaxındır. Buna görə də bu sahədə öz resursumuzun olması yaxşı haldır".

Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Dilmanc" layihəsinin kommersiya əsasına keçə biləcəyi barədə məlumat yayılıb.

"Trend"in verdiyi məlumata görə, kommersiya əsasına keçirilə biləcək məhsullardan biri nitqin tanınması sistemidir. Mətnlərin ödənişli əsasda tərcümə edilməsi xidmətinin göstərilməsi imkanı da nəzərdən keçirilir.

Bildirilir ki, göstərilən xidmətlərin dəyəri analoji xidmətlərdən və hətta tərcümə mərkəzlərinin təklif etdiyi xidmətlərdən dəfələrlə ucuz olacaq.

Xatırladaq ki, "Dilmanc" Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə sistemlərinin yaradılması, nitqin tanınması, mətnin səsləndirilməsi, telefon danışıqlarının tərcüməsi və s. kimi funksiyalara sahibdir.

Layihənin əsas prioritetlərindən biri də bu texnologiyaların istifadəçilər tərəfindən praktik istifadəsini təmin etmək üçün proqram təminatının hazırlanmasıdır.

Hazırda xidmətdən istifadə etmək pulsuzdur.

Tarix
2016.01.11 / 20:15
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla