Yuxarı

“Axar.az”ın müxbiri gecəni sığınacaqda keçirdi - Fotoreportaj

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Axar.az”ın müxbiri gecəni sığınacaqda keçirdi - Fotoreportaj

Ölkədə havaların kəskin soyuması özüylə bir çox sosial problemlər gətirib. Qazın verilməsində fasilələr yaranıb, su donub, buzlaşmaya görə nəqliyyatın hərəkətində çətinliklər var.

Bunu nəzərə alan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhərində rayona qayıtmağa çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri uzaq olanlar, yaşayış yeri olmayanlar, müvəqqəti isinməyə və ilk tibbi yardıma ehtiyac duyanlar üçün müvəqqəti sığınacaqlar təşkil edib.

Beş ünvanda belə sığınacaq təşkil olunub:

1. Nərimanov rayonu, Yaşıl bazarının yanı, Xətai prospekti 11;

2. Nəsimi rayonu, Nəsimi bazarının yaninda, Süleyman Rüstəm küçəsi 69;

3. Nizami rayonu, Xalqlar Dostluğu metro stansiyasının yanında, Q.Qarayev küçəsi 118;

4. Xətai rayonu, Baki kinoteatrının qarşısı, Sarayev küçəsi 20;

5. Yasamal rayonu, Xiyabani küçəsi 211.

"Axar.az"ın əməkdaşı gecəni Xətai rayonu, Baki kinoteatrının qarşısı, Sarayev küçəsi 20 ünvanında təşkil olunan sığınacaqda keçirib.

Xətai rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Baş məsləhətçisi Elnur Yusifov da orda olub. Ümumilikdə sığınacağa gün ərzində 15, gecə vaxtı 3 adam müraciət edib. Müraciət edən şəxslər çay və yeməklə təmin olunublar. Amma istilik sistemi quraşdırılsa da, gecə temperaturun çox aşağı olması üzündən sığınacaqlarda çox soyuq olub.

Tarix
2014.02.01 / 18:00
Müəllif
İsmi Şahzadə
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla