Yuxarı

Mir Şahin Prezidentə yazdı: Bunu çağırış kimi qəbul edirəm!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mir Şahin Prezidentə yazdı: Bunu çağırış kimi qəbul edirəm!

Real TV-nin sahibi, tanınmış jurnalist Mir Şahin Ağayev birinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə bağlı Prezident İlham Əliyevə açıq müraciət ünvanlayıb.

Axar.az müraciətin mətnini təqdim edir:

“Hörmətli cənab Prezident!

Fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımı bildirir, məni layiq bildiyiniz 1-ci Dərəcəli “Vətənə xidmətə görə” ordenini həm də dövlətimizin bütün Azərbaycan jurnalistikasını yeni reallıqlar dövründə daha vüsətli çalışmağa, Böyük Qayıdış və Nəhəng Fədakarlıqlar üçün səfərbər olmağa, bu məqsədlə müəyyən eydiyiniz olduqca iti sürətlə ayaqlaşmağa çağırış tək qəbul edirəm.

Hörmətli cənab Prezident!

44 günlük Vətən müharibəsində biz Sizi bir Müzəffər Ali Baş Komandan kimi həm döyüş meydanında gedən proseslərin önündə, həm arxa cəbhədə idarə etdiyiniz fədakar işlərin başında, eləcə də xalqımıza, dünya azərbaycanlılarına etdiyiniz ardıcıl müraciətlər zamanı, bir sözlə, hər yerdə və hər vaxt bütün qətiyyətiniz, bütün səmimiyyətinizlə, bütün əzəmətinizlə gördük. Biz Sizi həm də dünyanın - Azərbaycana, ədalətli haqq işimizə, ümumiyyətlə, müsəlman dünyasına qarşı daha çox qərəzi ilə seçilən aparıcı media vasitələrinin suallarına cavab verərkən necə güzəştsiz, prinsipial, ədalətli, bir sözlə, Mükəmməl olduğunuza şahidlik etdik. Və bu gün fəaliyyətimə yüksək qiymət verən Liderimin məhz bu master-klaslar da daxil olmaqla, bütün örnək keyfiyyətlərini, parlaq şəxsi nümunəsini, mütləq qeyd etməliyəm.

Hörmətli Cənab Prezident!

Təvazökar işimə verdiyiniz ali qiyməti mən bundan sonrakı fəaliyyətim üçün də möhkəm zəmin və misilsiz stimul kimi qəbul edir, təşəkkür məktubumu Müzəffər Ali Baş Komandanımıza raportla bitirirəm:

- Azərbaycan Respublikasına xidmət edirəm. Sağ olun!”

Tarix
2023.11.13 / 10:44
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla