Yuxarı

Pezeşkian İrana xəbərdarlıq etdi: Faciəli nəticələri olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalqı itirsək, daha hakimiyyətdə qalmağımız üçün heç bir səbəbimiz olmayacaq.

Axar.az xəbər verir ki, bunu təbrizli millət vəkili, keçmiş səhiyyə naziri Məsud Pezeşkian İran mediasına müsahibəsində deyib.

O, İran parlamentinin 12-ci dövr seçkilərində diskvalifikasiya edilməsinin səbəblərini açıqlayıb:

“Etiraz etməyəcəyəm, ancaq bu, qəbul olunan hərəkət deyil. Necə ola bilər ki, bir qrup gəlib, ömrünü inqilab üçün xərcləyən şəxslərə “hakimiyyətə bağlılığınız yoxdur” desin? Ölkəni yalnız raket və silahla saxlamaq mümkün deyil. Belə getsə, ciddi problemlərlə üzləşəcəyik. İctimai kapitalı və dayağı itirmək faciəli nəticələrə səbəb ola bilər”.

Qeyd edək ki, İranın qarşıdan gələn parlament seçkilərində hazırda parlamentdə olan bir neçə azərbaycanlı millət vəkili, o cümlədən, Əhməd Əlirzabeygi və Məsud Pezeşkian diskvalifikasiya olunublar. Buna səbəb kimi onların “sistemə praktiki inamlarının olmaması” göstərilib.

Tarix
2023.11.13 / 16:11
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

XİN-in qovduğu diplomat danışdı: Dava yorğan davasıdır

Moskvaya getdi, Putinə yalvardı, bu da nəticəsi…

Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan

Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır

Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı

Azərbaycanla dialoqun tərəfdarıyıq - Friden

Ombudsmandan seçkilərlə bağlı açıqlama

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı

Fərid Qayıbov Samir Şərifovun müavini oldu

Zakir Həsənov səs vermək üçün növbədə gözlədi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla