Yuxarı

Nazirlik: Bakı və Abşeronda sürüşmə aktivliyi artır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik: Bakı və Abşeronda sürüşmə aktivliyi artır

Həm Bakı-Abşeron, həm də Respublika ərazisində olan sürüşmə sahələrində monitorinqlər aparılır.

Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, hazırda rayonlarda olan sürüşmə zonalarında aktivlik yoxdur: "Şamaxı, İsmayılı, Gədəbəy rayonlarında olan sürüşmə zonasında müəyyən sahələrdə monitorinq aparırıq. Həmin sahələrdə hazırda sabitlikdir. Çünki orada qar yağıb və torpaq örtüyü qarla örtülüdür, hər yer buzdur. Rayonlarda sürüşmə hadisələri yazqabağı ola bilər, çünki həmin ərəfədə qar əriməyə başlayacaq".

Bakı və Abşeron ərazisində yağan qarın əridiyini vurğulayan mütəxəssis deyib ki, bu səbəbdən müəyyən ərazilərdə, xüsusən də Zığ, Bayıl sürüşmə sahələrində müəyyən aktivləşmə olub: "Həmin yerlərdə olan köhnə çatlarda müəyyən qədər aralanma, 1 sm böyümə baş verib. Müəyyən yerlərdə ancaq torpaqda uçqunlar əmələ gəlib. Bakı və Abşeron ərazisində olan sürüşmə sahələrindəki aktivləşmə qarın əriməsi ilə bağlıdır".

Tarix
2016.01.30 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla