Yuxarı

Nəşi tapılan neftçi Qarabağ veteranıdır – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəşi tapılan neftçi Qarabağ veteranıdır – Foto

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda nəşi tapılan neftçi Sahib Güloğlan oğlu Şahmarov Qarabağ müharibəsi veteranıdır.

Axar.az BBC-yə istinadla xəbər verir ki, o, müharibə başlayanda könüllü olaraq cəbhəyə yollanıb.

Ağdam, Şuşa, Laçın, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlərin birində güllə yarası alıb; ayağını dəlib keçən qəlpə dizində böyük deşik yaradıb.

Buna baxmayaraq, qısa müddətli müalicədən sonra yenidən ön cəbhəyə yollanıb.

Döyüşdə göstərdiyi şücaətə görə müxtəlif mükafatlara layiq görülüb.

Həyat yoldaşı Şahnaz xanım bildirib ki, müharibə veteranı kimi qonşular arasında çox hörməti var idi:

"Bu xəbər gələndə qonşular onun üçün məsciddə uğur və kömək diləmək üçün qılınan hacət namazı qıldılar. Pis adam olsaydı, heç onu etməzdilər".

Mərhumun Məhəmməd və Məsumə adlı övladları var.

Tarix
2016.01.31 / 00:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov rumıniyalı nazirlə danışdı

Bayramov Pier-İv Fuksu qəbul etdi

Rusiya AZAL təyyarəsinə görə kompensasiya verəcək

Magyar Bakıya münasibətdə Orban ola biləcəkmi?

Latviya prezidenti Azərbaycana gəlir

ABŞ və Azərbaycan rəsmiləri görüşdü

Bakı Moskvanın bundan istifadəsinə icazə verdi - Klimov

İranın təzminat tələbi qanunidirmi? - Ekspert

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla