Yuxarı

Hacı Nuran: “Allaha ümidlərini üzüb...”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı Nuran: “Allaha ümidlərini üzüb...”

Əslində, mənim doğum günüm heç zaman təmtəraqlı keçməyib. Ya xəstəxanalarda olmuşam, ya uşaq evlərində, ya da çəkilişdə. Bu mənim üçün ən gözəl ad günü olurdu.

Axar.az xəbər verir ki, bu sözləri uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Hacı Nuran ad günü haqda rəsmi İnstaqram səhifəsində yazıb.

O, vətən üçün darıxdığını bildirib:

"İndi özüm qürbət ölkədə, ürəyim vətəndə, gözlərim qapıda, ümidim göylərdə... Yenə də ad günü... Yenə də palata və mən... Lakin ölkəmin, xalqımın salamat və sabitliyi mənə bəsdir. Ölkə rəhbərimizlə bir olub, firavan həyat arzu edirəm hamınıza. Son vaxtlar bütün dünyada qeyri-sabit vəziyyət yaranıb, bəzi insanlar Allaha ümidlərini üzüb, özlərini maliyyə qurbanı eləyiblər. İnanın, həyat neft barreli, məzənnə ilə tərəziyə gəlmir.

İqtisadi sarsıntı həyatla mübarizədə gülməli görünür. Həyatı, insanları sevin. Hamıya isti sevgimdən qığılcımlar göndərirəm. Hələ ad günümə 24 saat qalmış Almaniyadakı telefon nömrəmə, sosial səhifələrimə 10 mindən çox ismarış, video və audio təbrik gəlib. Hamıya cavab verə bilməsəm də, hər kəsə dərin minnətdarlığımı bildirirəm".

Tarix
2016.01.31 / 11:29
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

Azərbaycana qarşı hicab kampaniyası... - MHP-dən açıqlama

Azərbaycanın təcrübəsi bu dövlətlər üçün faydalı ola bilər

Bakıya kimlər gəldi və gələcək? - Siyahı

Prezident onlara müraciət ünvanladı

İran və Türkiyədən Azərbaycana trol hücumları...

Hindistanın XİN rəhbəri Azərbaycana gəldi

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla